Bakıda "Tourism Meetup & Workshop" adlı turizm tədbiri həyata keçiriləcək

2 May 2018 13:02 (UTC+04:00)

Skal İnternational Baku (Azərbaycan Turizm Peşəkarları Assosasiyası) təşkilatçılığı ilə Pullman hoteldə mayın 12-də Bakıda "TMW - Tourism Meetup & Workshop" adlı turizm tədbiri baş tutacaq. Tədbir Prezidentinin 2016-cı il 6 dekabr Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ixtisaslaşmış Turizm sənayesinin inkişafına dair Strateji Yol xəritəsi”-nin müddəalarını rəhbər tutaraq həyata keçiriləcək. 

Tədbir 3 paneldən ibarət olmaqla, 12 yerli və xarici tanınmış spikerlərin məruzə və təqdimatları ilə həyata keçiriləcək. “Turizmin ölkə iqtisadiyyatında rolu”, “Turizm bazarında yeni trendlər və marketinq siyasəti" və “Turizm bazarında imkanlar, yeni bazarlar".
Tədbirin əsas mövzusu “Turizm məhsulu, Yeni imkanlar, Bazarlar və Müasir trendlər”dir.
500 iştirakçının qatılması planlaşdırılan tədbirin 1 gün ərzində 09:00-da başlayıb 17:00-dək davam etməsi nəzərdə tutulub.
Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi,İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Ekoloji Turizm Şurası, Azərbaycan Turizm Şurası işçi qrup nümayədləri, Milli Məclis , Gənclər fondu, Asan Xidmət və s) eləcədə ölkədə fəaliyyət göstərən bir sıra nüfuzlu turizm assosasiya və qurumların təmsilçilərinin – ASK (Azərbaycan Sahibkarlar Konfederasiyası), AZTA (Azərbaycan Turizm Assosasiyası), AHTTSA (Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosasiyası), AZCB (Azərbaycan Konqreslər Bürosu), Milli Turizm Təbliğat Bürosu, Turizm İnformasiya mərkəzləri və s) və elm təhsil müəssisələrinin – ATMU (Azərbaycan Turizm və Menecment Universiteti, BTPM (Azərbaycan Turizm Peşə Məktəbi)  və s ) iştirakı da nəzərdə tutulmuşdur.

İştirak biletlədir:

Online qeydiyyat üçün: https://www.skal.az/turizm-workshop-1
Əlaqə Nömrəsi: +994 55 522 37 68