"Venqerin gedişi məni kədərləndirir"

2 May 2018 15:23 (UTC+04:00)

Arsenal-ın nigeriyalı hücumçusu Aleks Ayuobi Arsen Venqerin postunu tərk etməsindən məyusdur. Movqe.az-ın goal.az-a istinadən xəbər verir ki, 21 yaşlı forvard bunları deyib:

"Bu xəbər məni kədərləndirdi. Venqer qısa karyeramda mənə çox kömək edib. Onu layiq olduğu kimi yla salmağa çalışacağıq. Venqerin xatirinə mövsümü yüksək notlarda başa vurmalıyıq. Dünya çempionatından sonra yeni baş məşqçinin adı məlum olacaq. Yeni mərhələyə qədəm qoyacağıq. Eyni zamanda Venqerin gedişi məni təəssüfləndirir".