Nərimanovda kafe yanıb

2 May 2018 16:25 (UTC+04:00)

Bakının Nərimanov rayonunda yanğın olub.

Movqe.az-a Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, ümumi sahəsi 85 kv.m olan birmərtəbəli kafenin yanar konstruksiyaları və içərisində olan əşyalar 30 kv.m sahədə yanıb.

 

Kafenin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.