Arsenal gənc və ödənişli olmayan məşqçi axtarır

2 May 2018 16:35 (UTC+04:00)

Arsenal mövsümün sonunda postunu tərk edəcək Arsen Venqerin yerinə namizəd axtarışlarını davam etdirir. Movqe.az goal.az-a istinadən xəbər verir ki, rəhbərlik az ödənişli və gənc mütəxəsislə anlaşmaq fikrindədir. "Topçular"ın bura qədər müstəqil məşqçi kimi işləməyən namizədləri nəzərdən keçirməsi də bununla bağlıdır. Yurqen Kloppun sabiq köməkçisi Jelko Buvaç və Qvardiolanın assistenti Mikel Arteta variantları var. Arsenal Yulian Naqelsman, Patrik Vieranı da izləyir. Adı London klubu ilə hallanan yeganə təcrübəli mütəxəsis Karlo Ançelottidir.

Digər italyan çalışdırıcı Massimiliano Alleqri ilə də danışıqlar aparmaq mümkündür. Bu, Alleqrinin mövsümün sonunda Juventus-u tərk edəcəyi təqdirdə reallaşa bilər.