Xalq rəssamı Tokay Məmmədov vəfat edib

2 May 2018 17:08 (UTC+04:00)

Əməkdar incəsənət xadimi, Xalq rəssamı və heykəltaraş Tokay Məmmədov vəfat edib.
Movqe.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Qeyd edək ki, 91 yaşlı Xalq rəssamı Üzeyir Hacıbəyov, Məhəmməd Füzuli, Nəsimi, və Koroğlunun heykəllərinin müəllifi olub. O, 1927-ci il iyulun 18-də Bakıda anadan olub. Atası Həbib Qurban oğlu Məmmədov texnika elmləri doktoru, anası Zivər Məmmədova isə Azərbaycanın ilk qadın heykəltəraşı olub.