Fondun Müşahidə Şurasının növbəti iclası keçirilib

2 May 2018 17:15 (UTC+04:00)

Mayın 2-də Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib. Müşahidə Şurasının sədri Həsən Həsənov iclası açıq elan edərək gündəlikdəki məsələlər barədə məlumat verib:

 

1. Fondun jurnalist təşkilatları üçün keçirdiyi “Azərbaycan media məkanında ədəbi dilin qorunması” və “Jurnalist peşəkarlığının artırılması” mövzularında müsabiqənin elanının müzakirəsi və təsdiqi.

 

2. Fondun Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü və Azərbaycan Milli Mətbuatının yaranmasının 143-cü ildönümü münasibətilə təşkil etdiyi fərdi jurnalist yazıları müsabiqəsi elanının müzakirəsi və təsdiqi.

 

3. Cari məsələlər.

 

Gündəlikdəki birinci məsələ barədə məlumat vermək üçün söz Fondun icraçı direktoru Vüqar Səfərliyə verilib. İcraçı direktor jurnalist təşkilatları üçün təşkil olunan ənənəvi müsabiqənin mediada ədəbi dilin normalarının qorunması və kütləvi informasiya vasitələri əməkdaşlarının peşəkarlıq səviyyəsinin yüksəldilməsi məqsədinə xidmət etdiyini bildirib. V.Səfərli "Azərbaycanın media məkanında ədəbi dilin qorunması", "Azərbaycan teleradio məkanında ədəbi dilin qorunması" və "Jurnalist peşəkarlığının artırılması" mövzularını əhatə edən müsabiqənin mayın 4-dən 22-dək keçiriləcəyini, hər istiqamət üzrə qalib olacaq təşkilata layihənin icrası üçün mərhələli şəkildə 20 min manat maliyyə vəsaitinin ayrılacağını bildirib.

Müşahidə Şurasının sədri Həsən Həsənov, üzvlərdən - Bəhruz Quliyev, İntiqam Hümbətov, Rasim Həsənov müsabiqənin kütləvi informasiya vasitələrində ədəbi dilin normalarının qorunması, bu sahədə mövcud nöqsan və çatışmazlıqların aşkar olunaraq aradan qaldırılmasına xidmət edən maarifləndirici tədbirlərin həyata keçirilməsi baxımından əhəmiyyətli olduğunu vurğulayıblar. Müzakirələrin sonunda müsabiqə elanı səsə qoyularaq yekdilliklə təsdiq edilib.

İcraçı direktor Vüqar Səfərli gündəlikdəki ikinci məsələ barədə məlumat verərək bildirib ki, Fondun Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü və Milli Mətbuatının yaranmasının 143-cü ildönümü münasibətilə təşkil etdiyi fərdi jurnalist yazıları müsabiqəsinin "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına Dövlət Dəstəyi Konsepsiyası"nda əksini tapmış 19 istiqamət üzrə keçirilməsi nəzərdə tutulur.

Müşahidə Şurasının sədri Həsən Həsənov, üzvlərdən - Cəmaləddin Quliyev, Bəhruz Quliyev, Ayaz Mirzəyev və Ramiz Əskər ənənəvi fərdi jurnalist yazıları müsabiqəsinin jurnalistlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, yaradıcı əməyinin stimullaşdırılması və peşəkarlıq səviyyəsinin yüksəldilməsi baxımından əhəmiyyətini qeyd ediblər.

Cari məsələlərin müzakirəsi zamanı icraçı direktor Vüqar Səfərli Fondun perspektiv fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib.

 

 

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası" ilə müəyyən edilmiş dövlət dəstəyinin prioritet sahələrinə uyğun olaraq aşağıdakı istiqamətlər üzrə jurnalist yazılarının müsabiqəsini elan edir:

 

İstiqamətin adı

1.

Vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu

2.

Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi

3.

İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi

mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması

4.

İctimai və dövlət maraqlarının müdafiəsi

5.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi

6.

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və

digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi

7.

Qaçqın və məcburi köçkünlərin, əhalinin social cəhətdən qayğıya ehtiyacı

olan təbəqələrinin problemlərinin həlli ilə bağlı həyata keçirilən tədbirlərin işıqlandırılması

8.

Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

9.

Azərbaycançılıq ideyasının təbliği

10.

Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi

11.

İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi

12.

Diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi

13.

Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi

14.

Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması

15.

Uşaq və gənclərin fiziki və mənəvi inkişafı

16.

Ekologiya və ətraf mühitin mühafizəsi

17.

Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi

18.

Elm və təhsilin inkişaf etdirilməsi

19.

Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi

 

 

 

Müsabiqədə iştirak

Müsabiqə elan olunan günədək ən azı 1 (bir) il müddətində kütləvi informasiya vasitələrində (qəzet, jurnal, informasiya agentliyi və rəsmi qeydiyyatdan keçmiş internet media  resurslarında) fasiləsiz çalışan şəxslər müsabiqədə iştirak edə bilərlər.

 

 

Müsabiqəyə təqdim olunan yazılara aid tələblər

 

1. Müsabiqəyə hər jurnalist yalnız bir yazı təqdim edə bilər.

2. Yazı Fond tərəfindən elan edilmiş istiqamətlərə uyğun olmalıdır. Müəlliflər elan edilmiş istiqamətlərə uyğun olaraq yazıların mövzu və sərlövhələrini sərbəst şəkildə müəyyənləşdirə bilərlər.

3. Yazı son bir ildə, həftədə bir dəfədən az olmayaraq nəşr edilən, Azərbaycan Mətbuat Şurasının tərtib etdiyi “qara siyahı”ya düşməyən mətbuat orqanlarında dərc edilməlidir.

4. Qəzetdə dərc olunmuş yazıda “Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün” qeydi göstərilməlidir.

 

QEYD:  İnformasiya agentlikləri və rəsmi qeydiyyatdan keçmiş internet media resurslarında çalışan jurnalistlər yazılarını Fondun müsabiqə meyarlarına cavab verən qəzetlərdə dərc etdirməlidirlər.

 

5.  Aşağıdakı redaksiyaların yazıları müsabiqəyə qəbul edilmir:

 

5.1. Azərbaycan jurnalistlərinin I qurultayında qəbul olunmuş Azərbaycan jurnalistlərinin peşə (etik) davranış qaydalarını pozması ilə əlaqədar haqqında Azərbaycan Mətbuat Şurası tərəfindən müvafiq qərar çıxarılan;

a) Azərbaycan Mətbuat Şurasının tərtib etdiyi "qara siyahı"ya düşən;

b) Azərbaycan Mətbuat Şurasının tərtib etdiyi "qara siyahı"dan çıxarılan; (1 il müddətində).

c) Azərbaycan Mətbuat Şurası tərəfindən xəbərdarlıq almış KİV-lər (6 ay müddətində)

 

Tələb olunan sənədlər tam olmadığı və ya həqiqəti əks etdirmədiyi hallarda yazılar müsabiqəyə  buraxılmır.

Yazıların qəbul qaydaları

1.  Yazının dərc olunduğu mətbuat orqanı (qəzet, jurnal) - 1 nüsxə

2.  Yazının elektron variantı (Arial (12)  şriftində -CD diskdə) - 1 nüsxə

3.  Yazının A4 formatda çap olunmuş variantı (müəllifin imzası göstərilməməlidir) - 3 nüsxə

4.  Yazıların həcmi:  1 səhifə (A3) olmalıdır  (9-11 min işarə).

                                                         

Tələb olunan sənədlər

1.   Əmək kitabçasının işlədiyi KİV tərəfindən təsdiq edilmiş surəti (möhür və baş redaktorun imzası ilə),

2.   İştirakçı haqqında məlumat cədvəli (möhür, müəllif və baş redaktorun imzası ilə),

3.   Şəxsiyyət vəsiqəsi və surəti,

4.   Şəxsi VÖEN və surəti,

5.   Şəxsi bank rekvizitləri (şəxsi VÖEN əsasında açılmış bank hesabı və hesabın aktiv olması barədə bank tərəfindən təsdiq edilmiş sənəd).

     

Fonda təqdim edilmiş yazılar və sənədlər geri qaytarılmır

Yazıların qəbulu 04 may 2018-ci il tarixdə başlayır, 12 iyul 2018-ci il tarixdə başa çatır. 

Yazılar rəsmi iş günləri saat 10:00-dan 16:00-dək, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna şəxsən təqdim olunmalıdır.

QEYD: Regionlarda fəaliyyət göstərən jurnalistlər müsabiqəyə yazıları özləri və ya səlahiyyətli nümayəndələri vasitəsilə təqdim edə bilərlər.   

                                                

Qiymətləndirmə meyarları:

-  mövzunun əhatə olunması, jurnalist araşdırması, əsaslandırma;

-  materialın oxucu üçün informasiyalılıq səviyyəsi;

-  yazının dil və üslub xüsusiyyətləri, bədii-estetik ifadəsi;

-  jurnalist obyektivliyi, qərəzsizliyi, tərəfsizliyi və məsuliyyəti;

-  ictimai maraqların müdafiəsi.

                   

Müsabiqəyə təqdim olunmuş yazıların mükafatlandırılması

Hər istiqamət üzrə 6 qalib müəyyən edilir

I  yer üçün  bir nəfər (500  AZN)  

II  yer üçün  iki nəfər (400  AZN) 

III yer üçün  üç nəfər (300  AZN)

Yazılar 10 ballıq sistem üzrə qiymətləndirilir, maksimum 50 bal müəyyən olunur. 30-dan aşağı bal toplamış yazı müəllifləri mükafatçılar siyahısına düşmür.

 

   İştirakçı haqqında məlumat cədvəli (müəllif tərəfindən doldurulur):

 

Yazının istiqaməti

 

 

Yazının adı

 

 

Müəllifin Adı, soyadı, atasının adı

 

 

Mətbuatda təxəllüsü (əgər varsa)

 

İşlədiyi KİV

 

Vəzifəsi

 

Yazının dərc olunduğu mətbuat orqanı

 

Ünvanı və poçt indeksi

 

- iş telefonu

 

 

- ev telefonu

 

- mobil telefonu

 

- elektron poçt ünvanı

 

 

 

 

 

Şəxsin imzası _______________       Baş redaktorun imzası   _______________ 

                   

M.Y.                                                                  

 

 

Sənədlərin təqdim olunma tarixi:   "____"__________ 2018-ci il

                 

 

Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə.

Əlaqə telefonları:  (012) 537 19 45, (012)  537 19 41; 

Elektron ünvan: [email protected]

www.kivdf.gov.az