Rusiyada "Viber" də qadağan edilə bilər

3 May 2018 11:48 (UTC+04:00)

Bloklama tədbirləri "Viber" messencerinə də aid ola bilər. Trend-in məlumatına görə, bunu Rusiyanın rabitə naziri Nikolay Nikiforov deyib.

Nazir əlavə edib ki, Federal Təhlükəsizlik Xidmətinə şifrələmə açarlarının təqdim edilməsində problem yaranarsa, belə ehtimal istisna edilmir.

Qeyd edək ki, Rusiyada məhkəmənin qərarı ilə "Telegram" messencerinin fəaliyyəti dayandırılıb. Bu messencerin də ölkədə ləğv edilməsi eyni səbəbdən baş verib.