Penitensiar Xidmət: Rəis müavini Hüseyn Əlixanov təqaüdə göndərilib

3 May 2018 12:14 (UTC+04:00)

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin rəis müavini, ədliyyə general-mayoru Hüseyn Əlixanov vəzifəsindən azad edilib.

Bu barədə Movqe.az-a Penitensiar Xidmətdən məlumat verilib.

Qeyd olunub ki, H.Əlixanov yaş həddi ilə əlaqədar təqaüdə göndərilib: "Hüseyn Əlixanovun 65 yaşı tamam olmuşdu, ona görə də təqaüdə göndərilib".

Hələ bu vəzifəyə təyinatın olmadığı bildirilib.

Xatırladaq ki, H.Əlixanov 2007-ci ildən Penitensiar Xidmətinin rəis müavini vəzifəsində çalışır.