Komitə sədri "dərman mafiyası"ndan danışdı

3 May 2018 12:39 (UTC+04:00)

"Azərbaycanda keyfiyyətsiz dərman vasitələrini yayanlar cəzalarını alacaqlar"
Movqe.az xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında komitə sədri Əhliman Əmiraslanov deyib. 
Komitə sədri bildirib ki, Respublika Prokurorluğu və Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi keyfiyətsiz dərman vasitələri yayan şəxsləri ifşa edib:

“Həkimlərlə birgə cinayət əlaqəsinə girərək keyfiyyətsiz dərman vasitələrinin geniş yayılması və əhalinin sağlamlığına mənfi təsir edən hadisələr baş verib. Həmin insanlar cəzalarını alacaqlar. Dərman vasitələrinə daim nəzarət olmalıdır”. 

Ə.Əmiraslanov əlavə edib ki, yaxşı dərmanlar olmasa əhaliyə keyfiyyətli tibbi yardım etmək olmaz. 
“Keyfiyyətsiz dərmanların da müalicəsi də xoşagəlməz olur və problemlərə yol açır. Ona görə də bu istiqamətdə nəzarət artırılmalıdır”.

Qeyd edək ki, bu günlərdə qanunsuz dərman satışı ilə məşğul olan 5 vəzifəli şəxs həbs edilib.