Bakıda əcnəbi qadına qarşı CİNAYƏT

3 May 2018 14:17 (UTC+04:00)

Bakıda əcnəbinin pulqabısını oğurlayan şəxs tutulub. Movqe.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Səbail RPİ 39-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 1-də əcnəbi qadının içərisində 200 ABŞ dolları olan pulqabısını oğurlamaqda şübhəli bilinən Abşeron rayon sakini Fərhad Ağəliyev saxlanılıb.
 
Araşdırma aparılır.