Gəncə sakini keçmiş arvadını Bakıda başqa kişi ilə gördü və... - Küçənin ortasında DƏHŞƏT

3 May 2018 15:16 (UTC+04:00)

Gəncə şəhər sakini Bakıda keçmiş həyat yoldaşını öldürüb, onun yanındakı şəxsə xəsarət yetirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Movqe.az-a verilən məlumata görə, hadisə mayın 1-də paytaxtın Nərimanov rayonu Xətai prospektindəki evlərin birinin qarşısında baş verib.
Gəncə şəhər sakini Rəşad İbrahimzadənin münaqişə zəminində keçmiş arvadı Zəhra İbrahimovaya və onunla birgə olan Bakı şəhər sakini Emil Əliyevə bıçaqla xəsarətlər yetirərək hadisə yerini tərk edib. Nəticədə Z.İbrahimovanın hadisə yerində ölüb, E.Əliyev isə xəstəxanaya yerləşdirilib.
Rayon polis idarəsi və prokurorluğunun əməkdaşları tərəfindən istintaq və əməliyyat-axtarış tədbirləri həyata keçirib. Görülmüş tədbirlər nəticəsində R.İbrahimzadə könüllü olaraq Gəncə Şəhər Baş Polis İdarəsinə gələrək təslim olub, cinayətin aləti olan bıçağı da polisə təqdim edib.