Yunanıstanda Azərbaycan icması fəaliyyətini gücləndirib

3 May 2018 15:22 (UTC+04:00)

Azərbaycan Respublikasının Yunanıstandakı səfirliyinin müvəqqəti işlər vəkili E. Əliyev və QALA Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Rəşid Məmmədov Saloniki şəhər bələdiyyəsinin sədr müavini xanım Elli Xrisidu ilə görüşüblər. Görüşdə iki ölkə arasında əlaqələrin inkişafı haqqında danışılıb. Daha sonra Saloniki Bələdiyyə Kitabxanasına Azərbaycan tarixi və mədəniyyətinə aid kitablar hədiyyə ediblər. Qarşıda maraqlı layihələrin reallaşdırması müzakirə olunub. 

Qeyd edək ki, Azərbaycan Respublikasının Yunanıstan Respublikasındakı Səfirliyi və "QALA"  Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyəti ilə birlikdə  3-6 may tarixlərində Saloniki şəhərində beynəlxalq kitab sərgisində təmsil olunacaqlar. Ölkəmizin mədəniyyətinə,tarixinə,ədəbiyyatına aid kitablar təqdim ediləcək.