Məscidlərin seyflərini talayanlar ələ keçib

3 May 2018 16:39 (UTC+04:00)

Masallıda məsciddən oğurluq edənlərin başqa cinayəti üzə çıxıb. Movqe.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Masallı rayonunun Aşurlu kənd məscidindəki seyfdən oğurluq etdiklərinə görə tutulmuş Cəlilabad rayon sakinləri, əvvəllər məhkum olunmuşlar – Əli Zeynalovun və Nizami Mahmudovun ətraflarında aparılan əməliyyat tədbirləri ilə onların digər analoji cinayət əməllərinin də üstü açılıb. Belə ki, onların  aprel ayının 13-də Boradigah qəsəbəsi ərazisindəki məsciddəki seyfdən qapının qıfılını sındırmaq yolu ilə 127 manat pul oğurlamaları da müəyyən edilib.
Araşdırmalar aparılır.