Prokuror: "Narahatlıq doğuran məsələlərdən biri də bəzi apteklərdə güclü təsiredici vasitələrin satılmasıdır"

4 May 2018 10:21 (UTC+04:00)

Movqe.az report-a istinadən xəbər verir ki, bunu Bakı şəhər prokuroru İlqar Abbasov bildirib. 

Onun sözlərinə görə, bəzi apteklərdə həkim resepti ilə satılmalı olan, bir sıra hallarda isə satılması tamamilə qanunsuz olan, qadağan olunmuş təsiredici vasitələrin vətəndaşlara, xüsusən gənclərə satılması Bakı şəhəri üzrə prokurorluq orqanlarının diqqət mərkəzindədir: "Nəticədə paytaxt ərazisində güclü təsir edən maddələri satan apteklərə qarşı mübarizə gücləndirilib və bir neçə aptekin sahibi məsuliyyətə cəlb edilməklə güclü təsir edən maddələrin məktəblilərin, tələbələrin və digər şəxslərin arasında yayılmasının qarşısının alınması sahəsində müsbət irəliləyiş əldə olunub".