Səfər Mehdiyev Dövlət Gömrük Komitəsində kadr islahatlarına münasibət bildirib

4 May 2018 13:04 (UTC+04:00)

"Dövlət Gömrük Komitəsində islahatlar davam edəcək".

Movqe.az-ın məlumatına görə, bunu Dövlət Gömrük Komitəsi sədri Səfər Mehdiyev qurumda aparıdığı kadr islahatlarına münasibət bildirərkən belə deyib.

"İslahatlar o demək deyil ki, kiminsə işində nöqsan var. Biz ümumiyyətlə ticarət sahəsində aparılan işlərlə, əməliyyatlarla əlaqədar Dövlət Gömrük Komitəsində, gömrük işi sahəsində islahatları davam etdirəcəyik. İslahatlar həmçinin sahibkarlara münbit şəraitin yaradılması üçün ilk növbədə gömrük orqanlarına yeni gücün, yeni kadr potensialının əlavə olunmasını ehtiva edir", - deyə S.Mehdiyev vurğulayıb.

Komitə sədri sahibkarlara da müraciət edib: "Düzgün iqtisadi inkişafla, düzgün ticarətlə məşğul olan sahibkarlar bizim dostumuz olacaq. Saxta sənədlər tərtib edən, gömrük vergi və rüsumlarından yayınan sahibkarlara, bu cür hallara qarşı isə çox ciddi tədbirlər görəcəyik".
APA