Masallıda “Breyn rinq” intellektual bilik yarışı üzrə rayon birinciliyi keçirilib

4 May 2018 16:48 (UTC+04:00)

Masallı rayon Gənclər və İdman İdarəsinin və Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş  Masallı rayon tam orta ümumtəhsil məktəblərinin IX-XI sinif  şagirdləri  arasında “Breyn rinq” İntellektual bilik yarışı üzrə rayon birinciliyi  keçirilmişdir.

Tədbiri giriş sözü ilə Masallı  rayon Gənclər və İdman idarəsinin rəisi Camal Manafov açaraq təşkilatçılar adından komandaları salamladı və çempionatın keçirilməsinin məqsədi və məramı barədə  məlumat verdi. Camal Manafov, Ümummilli lider Heydər Əliyevin keçdiyi və hər bir gəncə örnək ola biləcək şərəfli ömür yolundan, onun Azərbaycan gəncliyinin hərtərəfli inkişafına göstərdiyi xüsusi diqqət və qayğıdan danışdı. 
 Tədbirdə Təhsil şöbəsinin metodisti Gülağa Məmmədov  çıxış edərək Ulu Öndərin ölkəyə rəhbərlik etdiyi  dövrdə elmə və təhsilə göstərdiyi xüsusi diqqət və qayğıdan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu sahənin inkişafı ilə bağlı gördüyü işlərdən söz açdı.

Gərgin şəraitdə keçən bilik mübarizəsinin sonunda I yeri   F.Xancanov adına Musaküçə  kənd tam orta məktəbinin komandası , II yeri N.Nərimanov adına  Şəhər 2 saylı tam orta məktəbinin komandası, III yeri isə E.Ağayev adına Hişkədərə kənd tam orta məktəbinin komandası tutmuşdur.

 
Qalib komandalar Rayon  Gənclər və İdman  İdarəsinin kubok və  diplomlarla mükafatlandırılmışdır.
                       

 ƏLİHÜSEYN ŞÜKÜROV