Hikmət Hacıyev: İranın nüvə proqramına dair məlumatların Azərbaycan ərazisindən keçirilməsi ilə bağlı xəbər saxtadır

4 May 2018 17:12 (UTC+04:00)

Movqe.az xəbər verir ki, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bəzi xarici KİV-lərdə guya İranın nüvə proqramına dair məlumatların Azərbaycan ərazisindən keçirilməsi barədə yayılan informasiya ilə bağlı sualını cavablandırıb.

-Bəzi kütləvi informasiya vasitələrində guya İranın nüvə proqramına dair məlumatların Azərbaycan ərazisindən keçirilməsinə dair informasiya yayılıb. Bu barədə nə deyərdiniz?

-Yayılmış bu informasiya ən ciddi qaydada Azərbaycanın müvafiq dövlət qurumları tərəfindən araşdırılıb. Tam əminliklə bildiririk ki, bu məlumatın həqiqətlə heç bir uyğunluğu yoxdur, sırf saxta (fake) xəbərdir.