Xocavənd və Beyləqan məktəbliləri şahmat turnirində mübarizə aparıblar

4 May 2018 17:23 (UTC+04:00)

Xocavəndli məcburi köçkünlər üçün Beyləqan rayonu ərazisində salınmış Xocavənd qəsəbəsində ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə şahmat turniri keçirilib.

Movqe.az-ın AzərTac-a istinadən xəbər verir ki, şahmatın inkişafına və kütləviliyinə nail olmaq, şahmatçıların ustalıqlarını artırmaq və təkmilləşdirmək, perspektivli şahmatçıları aşkar etmək məqsədi ilə təşkil olunan turnirdə Xocavənd rayonu ilə yanaşı, Beyləqan rayonunun məktəbliləri də iştirak edib.

Ümumilikdə 75 şahmatçının mübarizə apardığı yarışın qaliblərinə diplom və xatirə hədiyyələri təqdim edilib.