Xızıda məktəb binasının tikintisinə 3,8 milyon manat ayrılıb

4 May 2018 17:50 (UTC+04:00)

Azərbaycan prezidenti İlham Əliyev Xızı rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

 

Movqe.az-ın məlumatına görə, Xızı şəhərində 1 nömrəli tam orta məktəbin 420 şagird yerlik yeni binasının tikintisi və abadlıq-quruculuq işlərinin davam etdirilməsi üçün Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 4,8 milyon manat, o cümlədən 1 nömrəli tam orta məktəbin yeni binasının tikintisi üçün Azərbaycan Respublikasının Təhsil Nazirliyinə 3,8 milyon, abadlıq-quruculuq işlərinin davam etdirilməsi üçün Xızı Rayon İcra Hakimiyyətinə 1 milyon manat ayrılıb.

 

Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.