Fuad Poladov son mənzilə alqışlarla yola salındı

5 May 2018 19:15 (UTC+04:00)

Xalq artisti Fuad Poladov son mənzilinə yola salınıb.

Movqe.az-ın Axşam.az-a istinadla məlumatına görə, bu gün səhər saatlarında dünyasını dəyişən aktyorla vida mərasimi başa çatıb.

Mərhumun nəşi evindən götürülərək yaşadığı binanın həyətinə gətirilib. Onunla vidalaşmağa gələn sənət dostları aktyoru son mənzilə alqışlarla və güllərlə yola salıblar.
Qeyd edək ki, F.Poladov "Qurd qapısı"nda dəfn olunub.