Dünyanın gözü azərbaycanlı MMA ulduzu Tofiq Musayevdə

6 May 2018 23:00 (UTC+04:00)

Bakı Olimpiya Stadionunda WFCA-48 beynəlxalq  turnir keçirilib. Movqe.az xəbər verir ki, yarışda yüksək performans sərgiləyən azərbaycanlı idmançı Tofiq Musayev bu dəfə də möhtəşəm qələbəsi ilə azarkeşlərə sevinc dolu anlar yaşadıb.

Qeyd edək ki, Tofiq Musayev gənc olsa da o,  bir çox dünya turnirlərində ard-arda qələbələri ilə adını uğurlu idmançılar arasına yazdıra bilib. Musayevin növbəti yarışı kəmər uğrunda olacaq.