Əli Əhmədov: "Bu gün Azərbaycan Heydər Əliyevin ideyaları əsasında fəxrlə inkişaf edir"

7 May 2018 12:31 (UTC+04:00)

"Ümumilli Lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısında xidmətləri o qədər böyükdür ki, Heydər Əliyevin xatirəsi hər gün anılır".

Movqe.az Trend-ə istinadən xəbər verir ki, bunu Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini - İcra katibi Əli Əhmədov Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş tədbirdə deyib.

Ə.Əhmədov bildirib ki, Azərbaycanın ayrı-ayrı sahələrdə inkişafında Heydər Əliyevin nişanələri görünür. O qeyd edib ki, Azərbaycanın hər bir güşəsində Heydər Əliyevin izi görünür, hər bir sahənin inkişafında Heydər Əliyevn müəyyənləşdirdiyi siyasət özünü göstərir: "Bu gün Azərbaycan Heydər Əliyevin ideyaları əsasında fəxrlə inkişaf edir. Heydər Əliyevin müəyyənləşdirdiyi siyasət, dəyərlər, strategiya Azərbaycan xalqına xidmət edir".

 

Ə.Əhmədov bildirib ki, Azərbaycanın bütün vətəndaşları Heydər Əliyevə minnətdarlıq edir: "Gənclər onlara göstərilən diqqət və qayğıya görə, incəsənət xadimləri incəsənətə göstərdiyi diqqətə görə, digər nəsillər də başqa fəaliyyətlərə görə Heydər Əliyevin xatirəsinə dərin hörmətlərini ifadə edirlər".