Muxtar Babayev nazirliyin yeni iş prinsiplərini açıqladı

7 May 2018 12:47 (UTC+04:00)

"Ekologiya və Təbii Sərvətlər Nazirliyindəki yenilik ilk növbədə bundan sonra daha açıq şəkildə çalışması olacaq".

Movqe.az APA-ya istinadən xəbər verir ki, bunu yeni ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev bildirib.

O qeyd edib ki, bundan sonra ictimaiyyətlə daha sıx işləyəcəklər: "Müzakirə olunmalı bir çox məsələlər var. Bu sahə ilə bağlı ümidləri doğrultmağa çalışacağıq".

 

Nazirlikdə yeni struktur islahatları aparılıb-aparılmayacağı ilə bağlı isə nazir qeyd edib ki, bu barədə danışmaq hələ tezdir: "Hələ vəziyyətlə tanış oluruq".