Ər arvadını badımcana qısqanıb öldürdü

7 May 2018 13:38 (UTC+04:00)

Türkiyənin Diyarbəkir şəhərində baş verən cinayətin təfərrüatı hər kəsi şoka salıb.

Movqe.az milli.az-a istinadən xəbər verir ki, 24 yaşlı imam nikahlı arvadını öldürən cani ərin əməlinin üstünü rəsmi həyat yoldaşı açıb. Məlum olub ki, qatil ər həyat yoldaşını badımcana qısqanıb.

33 yaşlı A.C. həyat yoldaşı Leylanı 2 uşağının gözləri qarşısında, odlu silahla atəş açaraq qətlə yetirib. Lakin polisə ifadəsində A.C. Leylanın intihar etdiyini bildirib. Onun rəsmi həyat yoldaşı A.T.C. isə polisə gizli ifadə verərək, əslində 2 uşaq anasının intihar etmədiyini, ərinin onu öldürdüyünü iddia edib. 

 

"Həyat yoldaşımın Leyladan 2, məndən  3 uşağı var. Həmin gecə o, narkotik maddə qəbul etmişdi. Bizi Leyla ilə birlikdə bir otağa salıb evi axtarmağa başladı. Daha sonra zibilqabında bir badımcan tapdı. Silahını Leylanının başına tuşlayaraq "bu badımcanlamı sevişdin"? - deyib onu vurdu.