Bakı metrosunda ölən tələbənin FOTOsu

7 May 2018 13:49 (UTC+04:00)

Bakı metrosunda ölüm hadisəsi qeydə alınıb.

Movqe.az yenicag.az-a istinadən xəbər verir ki, metronun "20 Yanvar" stansiyasında 1998-ci il təvəllüdlü Sahil Teymurlu ürəktutmadan dünyasını dəyişib.

Əslən Beyləqan rayonundan olan 20 yaşlı Sahil Milli Aviasiya Akademiyasının tələbəsi idi.

 

Faktla bağlı araşdırma aparılır.