Erməni inqilabının damarı boşalıb

8 May 2018 09:30 (UTC+04:00)

Ermənistanda hakimiyyətsizlik baş alıb gedən xaosu dərinləşdirir. Müxalifət adına meydanda at oynadan Nikol Paşinyan adlı “bəxtəvər” bu ölkədə hakimiyyətə yiyələnmək ərəfəsindədir. Çox qəribədir ki, o, bu nailiyyətə demək olar ki, təkbaşına nail olub. Çoxdan siyasi mübarizəyə qoşulmuş bu şəxsin qarşısında kökü bəlli olmayan səbəbdən qapılar taybatay açılıb. Bu şəxsin dilveriəni kimdir, hələ ki, məlum deyil. Amma məlum olan budur ki, hələlik onun bəxti “gətirir”. 

Xalq küçəyə çıxdı, yolları bağladı, Serj Sarkisyanı söydü. Serj də dinməz-söyləməz çıxıb getdi, daha dəqiq desək,  aradan çıxdı. Çünki, artıq bir neçə il idi ki, Ermənistanın sosial partlayış həddinə çatması barədə ekspertlər dad döyürdülər.  Xalq yoxsulluqdan, bir tikə çörək üçün diyarbədiyar düşməsindən, ağır həyatdan bezmişdi. Ona təcavüzkar siyasət ucbatından Qarabağda əsgərlərin, yəni doğma övladlarının ölməsi yox, dinc və firavan həyat lazım idi. Əvəzində isə kasıbçılıq və müharibə görürdü. Nikol Paşinyanın meydana çıxması əhalinin nifrət hisslərini coşdurdu və hakimiyyətə qarşı bəslədiyi kimi üzə çıxarmaq üçün bəhanə oldu. 
İndi gözlənilir ki, Paşinyan baş nazir olacaq. Bəs sonra? Hay-küy, şantaj yolu ilə vəzifə eldə etmək daha asandır, nəinki kresloda oturub idarə etmək. Bəs, idarəetmə neçə olacaq? Keçmiş nazirlər, demək olar ki, başdan ayağa koppupsiyalaşmış məmurlardır. Onlarla birgə addımlamaq Nikola sərf etməz, elə Nikola da onlarla hərəkət etmək mümkün olmaz. Yaxşı, bu adam baş nazir olsa, oliqarxların aqibəti necə olacaq? Gecə-gündüz küçələrdə qalaraq Paşinyanı baş nazir etməyə müvəffəq olmuş insanlar maaş və iş tələb edəcəklər. Oliqarxlar isə Paşinyanı gözdən salmaq üçüm pullarını gizlədib, olan-qalan istehsalı aşağı salıb onun bacarıqsızlığı sübut etməlidirlər. Arada gedən xalq qalacaq. Camaat bilməyəcək Paşinyanın avantürizmini dəstəkləsinlər yoxsa oliqarxların tryuklarına inansınlar. 
İndidən şaiyə gəzir ki, küçə müxalifətinin təzyiqi ilə baş nazir postunu ələ keçirəcəy deyilən Paşinyan dərhal hakimmətdə olmuş varlı insanların pullrını dövlərin xeyrinə əllərindən alacaq. Başqa bir qisim isə iddia edir ki, tərəfdarları elə də güclü olmayan birisinin hakimiyyətə gəlişi Ermənistan kimi dövlətdə mümkün olan iş deyil. Sadəcə, Sarkisyanın da daxil olduğu mafioz qrup onu müvəqqəti hakimiyyətə gətirməklə hansısa niyyətlərini həyata keçirib, son nəticədə günahı bunun boynuna yıxmağı planlaşdırıb.   
Baş verənləri diqqətlə izləyəndə görmək olur ki, həqiqətən ölkənin narazı elektoratı keçmiş prezidentə nifrətini fadə etməkdə daha fəaldır, nəinki Paşinyanı müdafiə etməkdə. Digər tərəfdən, Ermənistandakı siyasi hakimiyyətə və buna müxalif qüvvələrə həmişə güclü təsir imkanına malik diaspor Sarkisyanın hakimiyyətdən getməsini alqışlasa da Paşinyanı alqışlamaqda tələsmir. Çünki, onun hakimiyyətə gələcəyi təıqdirdə uzun müddət baş nazir postunda qalacağına əmin deyil. 
Bu günlərdə məşhur erməni müğənnisi Serj Tankyan İrəvanın Respublika meydanında mitinqçilər qarşısında çıxış edəcək. Bu şəxs İrəvana öz təşəbbüsü ilə gəlib, yaxud onu diaspordan göndəriblər, məlum deyil. Amma bir həqiqət var ki, Nikol Paşinyana siyasətçilər yox, mənsub olduğu xalq haqda düşünən incəsənət adamları daha çox tərəfdaşlıq edir. Görünür, onun pafoslu çıxışlarının romantikası sənət adamlarını özünə cəlb edir. Lakin ağır sosial-iqtisadi vəziyyətdə olan ölkənin idarəetməsini romantik xəyallarla həyata keçirmək mümkün olan iş deyil. Elə indidən “inqilabçıların” var-dövlətlərini əllərindən alacaqları oliqarxlar tərəfindən təhdidlərə və saboyaja məruz qalacaqları barədə xəbərlər də İrəvam mediasının müzakirə mövzusudur. Təsadüfi deyil ki, İrəvandakı “Voskanapat” ananlitik mərkəzinin rəhbəri, politoloq Qrant Məlik-Şahnazaryan bəyan edib ki, Nikol Paşinyanın baş nazir seçilməsi ölkədəki siyasi böhranı həll etməyəcək. Belə görünür ki, sosial narazılığın xalqda yaratdığı eyforik əhval-ruhiyyənin hakimiyyətə gətirdiyi Paşinyanın əsil sınağı seçiləndən sonra başlayacaq. Təbii ki, seçilsə...
N.NOVRUZ