Külli miqdarda narkotik vasitə dövriyyədən çıxarıldı

7 May 2018 17:12 (UTC+04:00)

Respublikanın daxili işlər orqanları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri davam etdirilir.

DİN-dən Movqe.az-a verilən məlumata görə, Astara Rayon Polis Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılan İran vətəndaşı Əmin Abanqadan çəkisi 1 kiloqram 35 qram olan heroin aşkar edilərək götürülüb.

Ağcabədi Rayon Polis Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini İlqar Əliyevdən 7,1 qram, yaşadığı evdən isə 381 qramdan çox marixuana aşkar edilib.

 

Sabirabad Rayon Polis Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bulaqlı kənd sakini Əli Məmmədovun həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirilmiş 6 ədəd çətənə kolu aşkar edilərək götürülüb.
Faktlarla bağlı cinayət işləri başlanılıb. Araşdırmalar aparılır.