Bu ölkədə Skype yasağı ləğv olunacaq

8 May 2018 10:34 (UTC+04:00)

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) hökuməti "Skype" və "FaceTime" ilə ödənişsiz zənglərə qoyulmuş qadağanın aradan qaldırılması ilə bağlı danışıqlar aparır. Bu haqda "Arabian Business" nəşri yazıb.

Movqe.az milli.az-a istinadən bildirir ki, nəşrin məlumatına görə, videorabitə üçün pulsuz proqramların bloklanması ilə əlaqədar BƏƏ-nin telekommunikasiya provayderləri istifadəçilərə öz pullu proqramlarını təklif edirlər.

Ancaq "Microsoft" korporasiyası BƏƏ-də bir neçə məlumatların işlənməsi mərkəzini işə salıb ki, onlar da bütün Yaxın Şərqi əhatə edir.

 

Hazırda ölkə hökuməti "Microsoft" və "Apple" şirkətləri ilə bu məsələ ilə əlaqədar danışıqlar aparır.