“Exo” qəzetinin baş redaktoru Rauf Talışinski vəfat edib

8 May 2018 10:57 (UTC+04:00)

“Exo” qəzetinin baş redaktoru Rauf Talışinski vəfat edib.

Movqe.az xəbər verir ki, bu barədə APA-ya Rauf Talışinskinin yaxınları məlumat verib.

Qeyd edək ki, T. Talışinski 16 noyabr 1956-cı ildə anadan olub. 1978-ci ildə Moskva Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib.

 
"Molodyoj Azerbaydjana", "Vışka" və "İzvestiya" kimi qəzetlərdə çalışıb. 1990-cı ildən "Ayna"/ "Zerkalo" qəzetinin rəhbərlərindən biri olub.
 
27 yanvar 2001-ci ildən "Exo" qəzetinin baş redaktoru idi. 
 
Rauf Talışinski "Əməkdar jurnalist" fəxri adına layiq görülüb.