Ziyafət Əsgərov: “Dağlıq Qarabağda terrorçular yetişdirilir”

8 May 2018 10:18 (UTC+04:00)

“Ermənistan bu gün terror siyasəti ilə məşğuldur. Ermənistanda terror dövlət siyasətidir”

Movqe.az xəbər verir ki, bunu Milli Məclisin sədr müavini Ziyafət Əsgərov Bakıda keçirilən Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin 15-ci iclasında deyib.
Vitse-spiker bildirib ki, Ermənistan hakimiyyəti işğalçılıq siyasəti ilə öz xalqını girov saxlayıb:
“İşğalçılıq siyasətinə son qoyulmalıdır. Bu, həm də Cənubi Qafqaz regionunda inkişafa səbəb olar. Ermənistan beynəlxalq hüququ saymır”.

Z.Əsgərov qeyd edib ki, Dağlıq Qarabağda terrorçular yetişdirilir, narkotik bitkilər əkilir: "Narkotik vasitələr Dağlıq Qarabağdan Avropaya ixrac olunur. Bu, tək Azərbaycanın deyil, hamının problemidir. Beynəlxalq hüquqda çoxdan ədalət prinsipi yoxdur. Nə vaxtdan beynəlxalq hüquq sizin üçün məşğuliyyət, bizim üçün məhdudiyyət olacaq?"