"Ermənistandakı dəyişiklik bu ölkədə sülhpərvər qüvvələrin hakimiyyətə gəlməsinə səbəb olacaqsa..."

8 May 2018 11:55 (UTC+04:00)

Movqe.az Trend-ə istinadən xəbər verir ki, bunu Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin XV iclasının ikinci sessiyasında çıxış edən Komitənin həmsədri Cavanşir Feyziyevdeyib.

O qeyd edib ki, təqribən 30 il ərzində məcburi köçkün kimi doğulmuş uşaqlar hələ öz vətənlərini görməyiblər. Buna baxmayaraq, öz doğma torpaqlarını görmək ümidlərini itirməyiblər:

"Bütün qüvvələr münaqişənin sülh yolu ilə həllinə yönləndirməlidir. Bu günə qədər münaqişənin həlli üçün bir addım da atılmayıb. Biz münaqişənin həlli üçün bacardığımız qədər öz təkliflərimizi verməyə çalışırıq".