Bakı Media Mərkəzindən Şuşanın işğalı ilə bağlı VİDEO: “Evimizə qayıtmaq istəyirik”

8 May 2018 14:12 (UTC+04:00)

Bakı Media Mərkəzi "Evimizə Qayıtmaq istəyirik" adlı animasiya hazırlayıb.

Movqe.az xəbər verir ki, Mərkəzdən Trend-ə verilən məlumata görə, video 8 may Şuşanın işğalı gününə həsr edilib.

İngilis dilində hazılanmış bu animasiya videosunun əsas məqsədi Azərbaycan həqiqətləri, xüsusilə Dağlıq Qarabağ münaqişəsi barədə beynəlxalq auditoriyanı məlumatlandırmaqdır.