Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə yükdaşımaları artıb

8 May 2018 14:36 (UTC+04:00)

Movqe.az Trend-ə istinadən xəbər verir ki, bunu "Qazaxıstan Dəmir Yolları"nın sədri Kanat Alpısbayev deyib.

Onun sözlərinə görə, Çin-Avropa əsas marşrutu üzrə konteyner əlaqəsi işə salınıb və bugünədək 8 min ton konteyner yükləri daşınıb.

 

O həmçinin qeyd edib ki, marşrut iştirakçıları yükdaşımalarının artırılması üzərində işləyir:

"Biz həmçinin Qafqaz regionu və Türkiyə istiqamətində buğda və paxla daşınması tələbatını nəzərə alırıq. Buğdanın nəql olunması gəmilərin sayı və keyfiyyətindən, eləcə də limanların yükboşaltma gücündən asılıdır".