Ermənistan müdafiə nazirinin I müavini istefa verdi

8 May 2018 14:58 (UTC+04:00)

Ermənistan müdafiə nazirinin birinci müavini Artak Zakaryan istefa verib.

Movqe.az APA-ya istinadən xəbər verir ki, bu barədə A. Zakaryan özünün "Facebook" səhifəsində yazıb.

 

O, qərarını siyasi vəziyyətin dəyişməsi ilə əlaqələndirərək, Müdafiə Nazirliyi rəhbərliyinin yeni baş nazirin komandasının formalaşdıracağını bildirib.