Uşaqlar Mehriban xanım Əliyevaya minnətdarlıq etdilər

9 May 2018 10:49 (UTC+04:00)

Səbail rayonu, Bayıl yaşayış sahəsində 100 il əvvəl inşa olunmuş binada yerləşən və Heydər Əliyev Fondu tərəfindən sökülərək müasir layihə əsasında yenidən tikilən və bu ilin mart ayının 6-da  Fondunun Prezidenti  Mehriban xanım Əliyevanın iştirakı ilə istifadəyə verilmiş 157 nömrəli uşaq bağçasında Səbail Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş tədbir keçirilmişdir. 

​Ilk öncə tədbirin qonaqları yeni bağça ilə tanış oldular. Bağçanın müdirəsi Banuçiçək Əzizova bildirdi ki, Heydər Əliyev Fondu tərəfindən 2 mərtəbəli qəzalı bağça binası sökülərək yerində yeni 3 mərtəbəli, mansardlı yeni müasir bina inşa olunmuş, Fond tərəfindən bura hər çür avadanlıqlarla təchiz olunmuş, uşaqların tədbiyəsi, istirahəti üçün hər cür şərait yaradılmışdır. Yeni bağçada keçirilən ilk tədbir isə məhz uşaqların böyük dostu olan Heydər Əliyevin 95 illik yubileyinə həsr olunmuşdur.  

Banuçiçək Əzizova yeni bağçanın tikintisı və burada yaradılan şəraitə görə uşaqlar və onların valideynləri adından Əliyev Fondunun Prezidenti  Mehriban xanım Əliyevaya dərin minnətdarlığını bildirmişdir. 

​Sonra Heydər Əliyevin uşaqlara qayğısını əks etdirən film nümayiş etdirildi, bağçada tərbiyə alan uşaqların ifasında Ulu öndərə, Azərbaycana həsr olunmuş şerlər və mahnılar səslənmiş, rəqslər ifa olunmuşdur. 

Tədbir qonaqlar və valideynlər tərəfindən sevinclə qarşılandı, uşaqların ifaları alqışlarla qarşılandı.