Sabunçuda mağazada yanğın olub

9 May 2018 22:38 (UTC+04:00)

Bakının Sabunçu rayonunda mağazada yanğın olub.

Movqe.az-ın FHN-ə istinadən verdiyi məlumata əsasən, mağazanın ümumi sahəsi 15 m² olan anbarında 6 m² sahədə preslənmiş karton və 2 m² sahədə ərzaq məhsulları yanıb.

 

Anbarın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.​