Hesablama Palatası mayın 18-də Milli Məclisdə hesabat verəcək

10 May 2018 09:51 (UTC+04:00)

Azərbaycan Milli Məclisinin növbəti plenar iclası mayın 18-də olacaq. APA-nın məlumatına görə, iclasın gündəliyinə 10 məsələ daxildir. Bunlar Hesablama Palatasının 2017-ci ildə fəaliyyəti üzrə hesabatı və bəzi sənədlərə dəyişikliklərdir.