Cinayət və cinayətkar yuvası Avropanın hansı cəhətdən qane edir?!

11 May 2018 09:40 (UTC+04:00)

“Dağlıq Qarabağda terrorçular yetişdirilir, narkotik bitkilər əkilir. Narkotik vasitələr Dağlıq Qarabağdan Avropaya ixrac olunur. Bu, tək Azərbaycanın deyil, hamının problemidir. Beynəlxalq hüquqda çoxdan ədalət prinsipi yoxdur. Nə vaxtdan beynəlxalq hüquq sizin üçün məşğuliyyət, bizim üçün məhdudiyyət olacaq?”.  Bu sözləri Milli Məclisin sədr müavini Ziyafət Əsgərov Bakıda keçirilən Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin 15-ci iclasında deyib. Azərbaycan uzun müddətdir ki, bu məsələni qabardır. Faktlar, dəlillər təqdim edir. Ancaq nə faydası, beynəlxalq təşkilatlar, xüsusilə də ayrı vaxt terrorozm və narkoticarətlə mübarizədən danışan Qərb bunları qulaqardına vurur.

Səbəbləri təhlil edəndə məntiqi nəticələrə əsaslanmaq lazım gəlir və məlum olur ki, Avropanın özünün bunda marağı var. Çünki, ermənilərin hazırladıqları terrorçular sonradan məhz Qərbin hakim dairələrinin xarici siyasətinin mütəhərrik hissəsini təşkil edir. Suriyada, İraqda, Əfqanıstanda.., ümumiyyətlə, siyasi qeyri-sabitlik yaradılması lazım gələn bütün bölgələrdə bu cinayətkar qruplardan gen-bol istifadə olunur.
Azərbaycana məxsus olan Dağlıq Qarabağ ərazisi 1989-1993-cü illərdə Ermənistan qoşunları tərəfindən işğal edilib və diqqətdən kənarda qalıb. Qarabağ ərazisinin işğalda olmasının nəticəsidir ki, orada ermənilər tərəfindən bütün hüquqi normalara zidd olan əməllər törədilir. Belə ki, Ermənistan tərəfindən bu ərazidə qaçaqmalçılıq və narkotik maddə daşınması əməliyyatları baş tutur. Rəsmi məlumatlara istinadən deyə bilərik ki, işğal altında olan Qarabağın nəzarətsiz məkanlarında narkotik bitkilər yetişdirilir və onların məhsulları gizli yollara Rusiya və Avropa ölkələrinə ötürülür.
26 ildir ki, işğal altında olan Dağlıq Qarabağın ətrafındakı Kəlbəcər, Laçın, Qubadlı, Zəngilan, Cəbrayıl, Füzuli və Ağdam rayonlarının əraziləri əkilib-becərilmir və ona görə də böyük ekoloji fəlakət yaşanılır. Təbiətə qarşı olan ermənilərin amansızlıq aksiyası onların Azərbaycan ərazilərinə qarşı qısqanclığını, iddialı mövqedən çıxış edib, özünəməxsus formanı tətbiq etməsi ilə yanaşı, bir məntiqin də gerçəkliyini təsdiqləyir. Bu, ermənilərin Qarabağ ərazisində müvəqqəti olduğunu təsdiqləyən faktordur. Mənbələrdə göstərilir ki, ermənilər təbii ehtiyatlardan, faydalı qazıntı yataqlarından vəhşicəsinə istifadə edir. Asan istifadə edilə bilən mineral sular, müxtəlif texniki materiallar, ehtiyatlar, daha çox mənimsənilir. Qeyri-qanuni bir şəkildə Dağlıq Qarabağı işğalda saxlayan, ekoloji şəraitin qorunması haqqında beynəlxalq təşkilatlar qarşısında heç bir məsuliyyət daşımayan ermənilər ekoloji mühitin daha da kəskiləşməsinə gətirib çıxarıblar. 
Ermənistan hakimiyyətinin Azərbaycan torpaqlarını işğal altında saxlaması, BMT-nin 4 qətnaməsini, Aİ-nin bu sahədəki qətnamələrini yerinə yetirməyən Ermənistan dövlət səviyyəsində terror siyasəti aparır. İşğal faktı başlayandan bu yana dəfələrlə beynəlxalq təşkilatlar qarşısında məsələ qaldırılsa da Ermənistana təcavüzkar siyasətinə görə sanksiya tətbiq olunmur. İndi cinayətkar Serj Sarkisyan gedib guya yerinə cinayətkar olmayan şəxs gəlib. Əgər o da eyni siyasəti yürütsə və Qərb buna göz yumsa, onda daha hansı terrorla mübarizədən danışmaq və ona qarşı mübarizə aparmaq olar? Bəli, hər bir mübarizənin öz atributu var. Konkret situasiyanın atributu Ermənistana beynəlxalq təzyiqin göstərilməsidir ki, o da baş vermir. Demək, bu işdə hansısa beynəlxalq qüvvələrin marağı var.
N.NOVRUZ