Bu qəsəbələrdə su kəsiləcək

11 May 2018 10:10 (UTC+04:00)

Magistral su kəmərində baş vermiş qəzanın aradan qaldırılması işlərinin aparılması ilə əlaqədar bu gün Abşeron rayonunun Mehdiabad və Digah qəsəbələrinə, həmçinin Mehdiabad qəsəbəsindəki məcburi köçkün yaşayış massivinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq. 

Movqe.az bu barədə "Azərsu" ASC-yə istinadən xəbər verir.