TANAP-ın açılış tarixi dəyişdirilib

11 May 2018 13:11 (UTC+04:00)

Trans-Anadolu Qaz Kəməri (TANAP) əvvəlcədən deyildiyi kimi iyunun 19-da deyil, iyunun 12-də istismara veriləcək.
Movqe.az “Report”-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin enerji və təbii ehtiyatlar naziri Berat Albayrak bildirib.
Onun sözlərinə görə, açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak edəcək.