Radik İsayev taekvondo üzrə Avropa çempionu olub

13 May 2018 21:44 (UTC+04:00)

Taekvondo üzrə Avropa çempionatında Azərbaycan millisi növbəti medalını qazanıb.

Movqe.az-ın Trend-ə istinadla məlumatına görə, Rusiyanın Kazan şəhərində keçirilən yarışda 87 kq-dan yuxarı çəkidə çıxış edən Radik İsayev finalda qalib gələrək, qızıl medala sahib olub.

 

Bu İsayevin karyerasında Avropa çempionatında ikinci qələbəsidir. İlk dəfə o, 2014-cü ildə Bakıda keçirilmiş qitə çempionatında bu titula yiyələnib.