DİQQƏT! Bu yolda hərəkət məhdudlaşdırılır - Rəngləyirlər

14 May 2018 11:11 (UTC+04:00)

Bakı şəhərində avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə, Lökbatan-Qobu-Hökməli avtomobil yolunda yeni üfüqi nişanlanma xətlərinin çəkilişi ilə əlaqədar olaraq 14 may 2018-ci il tarixində saat 11:00-dan etibarən hərəkət hissə-hissə məhdudlaşdırılacaq.

Bu barədə Movqe.az-a “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsindən məlumat verilib.

 

Məhdudlaşma axşam saatlarınadək qüvvədə olacaq.

Sürücülərdən hərəkət istiqamətlərinə uyğun öncədən alternativ yollardan istifadə etmələri tövsiyə olunur.