Masallıda ev yanıb

14 May 2018 11:52 (UTC+04:00)

Masallıda yanğın hadisəsi baş verib.

FHN-dən Movqe.az-a verilən məlumata görə, rayonun Həsənli kəndində ümumi sahəsi 204 m² olan ikimərtəbəli 8 otaqlı evin 1-ci mərtəbəsində 1 otağın və dəhlizin tavanı 50 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.