Avropada Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş silsilə tədbirlər keçiriləcək

14 May 2018 14:17 (UTC+04:00)

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü münasibətilə 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi və bu əlamətdar hadisənin ölkə daxilində və xaricində qeyd olunması  ilə əlaqədar Avropanın bir sıra şəhərlərində, o cümlədən, Lüksemburqun Lüksemburq, Fransanın Strasburq, İsveçrənin Cenevrə şəhərlərində silsilə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur. Movqe.az-ın məlumatına görə, baş tutan silsilə tədbirlər zamanı təşkilatçı  gənc fəallar, Kamal Dadaşov və Aydın Əhmədov tərəfindən yerli ictimaiyyət nümayəndələri,xarici tələbələr, diaspora nümayəndələrinə  Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixi, ölkəmizin dövlətçilik ənənələri, XX əsrin sonlarında ölkəmizin öz müstəqilliyini yenidən bərpa etdikdən sonra ulu öndər Heydər Əliyevin rəhbərliyi altında keçdiyi sürətli inkişaf yolu, ölkəmizin neft strategiyası,сənab prezident İlham Əliyevin apardığı davamlı, müasir inkişaf,milli brendiniz SOCAR,əsrarəngiz turizm potensialı və milli-mədəni dəyərləri barəsində məlumat veriləcəkdir. Tədbirlər 15 May tarixində Lüksemburqun Lüksemburq şəhərində start götürərək, 16 May tarixində Fransanın Strasburq şəhərində davam etdirilərək, 18 May tarixində İsveçrənin Cenevrə şəhərində yekunlaşdırılacaqdır.  Tədbirlərın sonunda panel dinləmələrin, ekspo sərgilərin həyata keçirilməsi, xatirə şəkillərinin çəkilməsi və həmçinin, SOCAR və Azərbaycanın turizm potensialı barəsində promo videoların, broşur və suvenirlərin, Azərbaycanın milli təamlarından ibarət furşet masasının tədbir iştirakçılarına təqdim edilməsi nəzərdə tutulur.

Zülfiyyə QULUYEVA