Putin Makronla telefonla danışdı

15 May 2018 14:13 (UTC+04:00)

Rusiya prezidenti Vladimir Putin və Fransa prezidenti Emanuel Makronl arasında telefon danışığı olub.

Movqe.az bildirir ki, bu barədə məlumat Kremlin mətbuat xidmətindən verilib.

Tərəflər telefon danışığı zamanı ABŞ-ın İranla nüvə razılaşmasından çıxması və Suriya məsələsini müzakirə ediblər.

 

Qeyd edək ki, Makron gələn həftə iqtisadi forumda iştirak etmək üçün Rusiyaya səfər edəcək.