Döyüldüyü deyilən məktəb direktorundan AÇIQLAMA - YENİLƏNİB

15 May 2018 17:19 (UTC+04:00)

16:28

Ağsu rayonunda müəllimin işlədiyi məktəbin direktorunu döydüyü barədə məlumat yayılmışdı. 

Movqe.az azxeber.com-a istinadla xəbər verir ki, Müşfiq Mirzəyev unikal.org-a açıqlamasında müəllim tərəfindən döyülməsi xəbərinə münasibət bildirib:

"Dünən Şamaxı rayon Çöl Bağırlı kəndində toyda idim. Məktəbimizdə müəllim işləyən İntiqam Azayevlə söhbət edirdim. Bu zaman onun qardaşı İntizar Azayev elə bilib ki, mən müəllim yoldaşım olan qardaşı ilə mübahisə edirəm. İçkili olduğu üçün mənə xəsarət yetirdi. Aldığım xəsarət o qədər də ciddi deyildi. Hazırda reanimasiya deyil, palatadayam. Sabah evə gedəcəm. Bir daha nəzərinizə çatdırım ki, məni müəllim yoldaşım döyməyib. Səhhətim də hazırda normaldır".

-------------

15:45

 

Ağsu rayonunda müəllim işlədiyi məktəbin direktorunu döyüb. 

Movqe.az report-a istinadən xəbər verir ki, hadisə rayonun Ləngəbiz kəndində baş verib.

Belə ki, Ağsu rayon Ləngəbiz kənd orta məktəbinin direktoru, Şamaxı rayonunun Çöl Bağırlı kənd sakini, 1985-ci il təvəllüdlü Müşfiq Əlseyran oğlu Mirzəyevlə məktəbin müəllimi arasında mübahisə yaranıb. Mübahisə zəminində müəllim məktəbin direktorunu döyüb. 

O, müxtəlif bədən xəsarətləri ilə ağır vəziyyətdə Şamaxı Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Cərrahiyyə şöbəsinə yerləşdirilən direktorun vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.