20 yaşlı gəlin intihar etdi

16 May 2018 11:28 (UTC+04:00)

Masallı rayonunda 20 yaşlı gəlin intihar edib.

Movqe.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə dünən rayonun Kübün kəndində baş verib. 1998-ci il təvəllüdlü Nəzərova Aytən Mirdamət qızı özünü asaraq intihar edib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb, istintaq davam etdirilir.

Qeyd edək ki, Nəzərova Aytən bir uşaq anası idi.