Prezidentin təyin etdiyi yeni rəis yerli və xarici iş adamları ilə görüşəcək

16 May 2018 11:51 (UTC+04:00)

Azərbaycan Respublikası prezidenti İlham Əliyevin yeni təyin etdiyi rəhbər şəxslər sahibkarlarla əlaqələri intensivləşdirir. Movqe.az-ın məlumatına görə, bu yöndə Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynovun rəhbərliyi ilə mayın 18-də saat 15-də yerli və xarici iş adamları ilə görüş keçiriləcək. Məqsəd DMX tərəfindən verilən iş icazələri, əmək miqrasiyası kvotası barədə işəgötürənlərə zəruri məlumatların çatdırılması, əcnəbi işçi qüvvəsinə tələbatın təmin edilməsi zamanı yaranan çətinliklərin və digər faydalı, işgüzar mövzuların müzakirəsidir. Görüş Nərimanov rayonu, Ələsgər Qayıbov küçəsi, 1222 ünvanında “Caspian Business Hotel”in (Bakı Kondisioner Zavodunun yaxınlığı) konfrans zalında olacaq. DMX tədbirdə işəgötürən müəssisələrin rəhbərlərinin (yaxud hüquqşünaslarının və kadr məsələləri üzrə məsul şəxslərin) iştirakını tövsiyə edir. İştirak üçün (012) 5656118 (dax.,115; 311), (055)5106614 telefon nömrələri və [email protected] email ünvanı vasitəsilə Dövlət Miqrasiya Xidmətinə əvvəlcədən məlumat verməyiniz xahiş olunur.

Zülfiyyə QULUYEVA