Bakıda quldurluq etmiş şəxslər tutuldu

17 May 2018 13:09 (UTC+04:00)

Bakıda quldurluq etmiş şəxslər tutulub. Movqe.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və Suraxanı RPİ 30-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində  mayın 14-də T.Müseyiblinin 150 manat pulunu və mobil telefonunu quldurluq yolu ilə almaqda şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş Akif Cavadov və Vasif Rzayev saxlanılıblar.
 
Araşdırma aparılır.