Əfv Komissiyası bu gün işini yekunlaşdıra bilər

17 May 2018 16:49 (UTC+04:00)

Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilir.

Movqe.az-ın məlumatına görə, bugünkü iclasda əfvlə bağlı sonuncu müraciətlərə baxılması nəzərdə tutulub. Belə ki, komissiyanın üzvü Rəşad Məcid son iclasdan sonra Trend-ə açıqlamasında bildirmişdi ki, Əfv Komissiyasının işi növbəti iclasdan sonra yekunlaşacaq.

Qeyd edək ki, Əfv Məsələləri Komissiyası bu ilin yanvar ayının sonlarından başlayan iclaslarında indiyə qədər 1200-dən artıq müraciətə baxıb.